"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi “Mərasim evi”nin açılşını keçirib

--2016-07-29 / 19:18

Qaradağ rayon Lökbatan bələdiyyəsinin yaydığı məlumata görə, bu gün qəsəbənin ş.Xəlilov küçəsində yerləşən 4,11,13,15 saylı çoxmənzili yaşayış binalarının qarşısında Qaradağ Rayon icra Hakmiyyətinin təşəbbüsü və dəstəyi ilə inşa edilən  mərasim evinin  açılışı keçirilib.

Açılış mərasimində Qaradağ Rayon icra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib.  Çıxışında rayonda  aparılan quruculuq işlərindən danışan icra başçısı sakinlərin qaldırdığı bütün məsələlərə diqqətlə yanaşıldığını və həlliylə bağlı addımlar atıldığını bildirib.

Bələdiyyədən daxil olan məlumata görə, mərasim evi istifadəyə verildikdən sonra imkansız, ehtiyacı olan qəsəbə sakinlərə yas və xeyr işlərinin təşkilində imtiyazlar tətbiq ediləcəkdir.

Qeyd edək ki, abad məhəllə layihəsi çərçivəsində ətraf ərazilərdə abadlaşdırılıb, uşaq meydançası da istifadəyə verilib.

Belediyye.info

ŞƏRHLƏR